Tanınmış jurnalistə yüksək vəzifə verildi

4 Dekabr 2024 15:00 (UTC+04:00)

Xankəndi şəhərinə, Ağdərə və Xocalı rayonlarının Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə Əməkdar jurnalist Afət Telmanqızı təyin edilib.

Qeyd edək ki, 30 ildən artıq jurnalistika təcrübəsinə malik olan Afət Telmanqızı 7 noyabr, 1975-ci il, Bakı şəhərində anadan olub.

Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.

Ali məktəbdə oxuduğu illərdə - 1993–1997-ci illərdə "Səhər" qəzetində", "Müxalifət", "Millət" qəzetlərində, AzTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri "Hürriyyət" qəzeti olub.

2000-ci illərdə "Yeni Müsavat" qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub.

"Xəbərçi", "Nəzər nöqtəsi", "Açıq söhbət" verilişlərinin aparıcısı olub.

İlk dəfə ANS-də müstəqilliyin bərpa tarixinə həsr olunmuş "Var dövlətimiz Azərbaycan" sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. "Hazırcavab oğlan", " Qaraçılar", " Dünyanın qan damarı", " Zamanın yarası" və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. Bir ay ABŞ-də təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb.

ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u Milli Məclisə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb. Eyni zamanda Afət Telmanqızı 2020-ci ilin mayın 28-də həmkarı Ləman Ələşrəfqızı ilə birlikdə LAF TV-ni təsis edib.

Ailəlidi, iki övladı var.

AzNews.az