"Azərkosmos" 1 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb

4 Dekabr 2024 15:27 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Spacecraft Development and Production" MMC-ni dövlət qeydiyyatına alıb.

AzNews.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") eyni - Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Fariz Əli oğlu Əliyevdir.

O, "Azərkosmos"un Tədqiqat və inkişaf mərkəzinin direktorudur.