"The Guardian" və "The Observer" qəzetlərinin jurnalistləri 50 ildən sonra ilk dəfə tətilə çıxıblar

4 Dekabr 2024 17:59 (UTC+04:00)

Britaniyanın “The Guardian” və “The Observer” nəşrlərinin əməkdaşları “The Observer”in Tortoise Media xəbər portalına satılması təklifi ilə əlaqədar 50 ildən sonra ilk dəfə tətilə çıxıblar.

Bu barədə Milli Jurnalistlər Birliyi ( NUJ ) məlumat yayıb.

Tətil "The Guardian" və "The Observer" qəzetlərinin sahibi olan "Guardian Media Group"-un (GMG) qərargahında başlayıb.

Jurnalistlər Birliyi qeyd edib ki, piket dünyanın ən qədim bazar günü qəzeti olan “The Observer”in ilk nömrəsinin çapının 233-cü ildönümü ilə əlaqədar keçirilir. İşçilər nəşrin satışı ilə bağlı danışıqların onlarla məsləhətləşmədən aparılmasından narazı olduqları üçün nümayişə çıxıblar. NUJ bildirib ki, tətillər dekabrın 4-5 və 1-13-də keçiriləcək.

Mövsüm

AzNews.az