ICBL: ABŞ-nin Ukraynaya piyada əleyhinə minalar tədarükü humanitar qanunları pozur

4 Dekabr 2024 18:03 (UTC+04:00)

ABŞ Ukraynanı piyada əleyhinə minalarla təmin etməklə beynəlxalq humanitar hüququ pozur.

Bu barədə Minaların Qadağası üzrə Beynəlxalq Kampaniyanın (ICBL) saytında məlumat verilib.

Təşkilat nümayəndələri bildiriblər ki, piyada əleyhinə minalar 25 il əvvəl ayrı-seçkilik etmədiyinə və insanlara vurduğu dağıdıcı ziyana görə qadağan edilib.

“Minaların Qadağası Müqaviləsi indi beynəlxalq humanitar hüququn tərkib hissəsidir və məntiqi və hüquqi baxımdan həm münaqişə, həm də sülh zamanı tətbiq edilməlidir. ABŞ Ukraynaya qadağan olunmuş minalarla təmin etməklə, Ukraynanı öz hüquqi öhdəliklərini pozmağa və beynəlxalq humanitar hüququn əsas prinsiplərini pozmağa təşviq edir”, -ICBL bildirib.

Mövsüm

AzNews.az