Paşinyan: İrəvanla Bakı sülh sazişinin mətninin 90 faizini razılaşdırıb

4 Dekabr 2024 18:13 (UTC+04:00)

İrəvanla Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıb.

Aznews.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin prosesin yekunlaşması və sözügedən sənədin imzalanması istiqamətində işlərin aktivləşəcəyini gözlədiyini bildirib.