Serbiya parlamenti xarici agentlər haqqında qanun layihəsini müzakirəyə çıxarıb

5 Dekabr 2024 15:33 (UTC+04:00)

Serbiya Assambleyası (parlamenti) “Xarici təsir agentlərinin xüsusi reyestri haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Bunu sənədin təşəbbüskarı, Sosialist Hərəkat Partiyasının sədr müavini Boyan Torbitsa deyib.

"Bizim qanunvericilik təşəbbüsümüz Assambleyanın saytında dərc olunub, bu o deməkdir ki, bununla bağlı heç bir rəsmi sual və ya şikayət yoxdur və deputatlar tərəfindən baxılacaq", - Torbitsa qeyd edib.

Müzakirənin vaxtının hələ müəyyən edilmədiyi bildirilib.

Mövsüm

AzNews.az