Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Malta vizasının ləğvi üç Avropa İttifaqı (Aİ) dövlətinin onun səyahətinə qoyulan qadağanı ləğv etməkdən imtina etməsi ilə bağlıdır.
Bu barədə “The Times of Malta” Malta Xarici İşlər Nazirliyinin mətbuat katibinə istinadən məlumat yayıb.
Materialda qeyd edilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan fərqli olaraq, Zaxarova Aİ-nin sanksiyaları altındadır və Avropa İttifaqının, o cümlədən Maltanın ərazisinə daxil ola bilməz. Giriş icazəsi almaq üçün Zaxarovanın Avropa İttifaqının bütün üzvlərinin razılığı lazımdır.
“Times of Malta” bildirib ki, diplomatın Maltaya uçuşuna qarşı çıxan ölkələr Latviya, Litva və Estoniya olub.
Mövsüm
AzNews.az