Fransalı respondentlərin yarısı Makronun istefasını dəstəkləyib

5 Dekabr 2024 17:53 (UTC+04:00)

Sorğunun nəticələrinə görə, Fransa vətəndaşlarının 50%-dən çoxu Fransa prezidenti Emmanuel Makronun 2025-ci ildə keçiriləcək növbədənkənar prezident seçkiləri üçün istefa verməsi fikrini bəyənir.

Bu barədə Fransanın "Le Point" jurnalı məlumat yayıb.

Respondentlərin təxminən 54%-i Makronun istefası və prezident seçkilərinin 2027-ci ilə deyil, 2025-ci ilə təxirə salınmasına müsbət yanaşır. Bundan başqa, fransızlar ölkədəki siyasi vəziyyətdən narahatdırlar, respondentlərin 40%-i Fransada mövcud böhrandan çıxış yolunu görmür.

Mövsüm

AzNews.az