Suriya ordusu Hama şəhərinə nəzarəti itirdiklərini etiraf edib.
Aznews.az AFP-yə istinadən xəbər verir ki, Suriya ordusu 2011-ci ildən bəri ilk dəfə olaraq strateji əhəmiyyətli Hama şəhərinə nəzarəti itirdiklərini açıqlayıb.
“Son bir neçə saat ərzində hərbçilərimizlə müxalifətçilər arasında toqquşmalar intensivləşib və bu dəstələr şəhərdə bəzi maneələri aşaraq şəhərə daxil olublar”, - Suriya Ordusunun bəyanatında bildirilib.
Hamadakı hərbi hissələrin şəhərin kənarına yerləşdirildiyi qeyd olunub.