Ceyhun Bayramov isveçrəli həmkarı ilə regional sülh gündəliyini müzakirə edib

5 Dekabr 2024 20:55 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isveçrəli həmkarı Aleksandr Fasel ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilir.

Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

Onlar iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi barədə danışılıb.