Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər

5 Dekabr 2024 21:45 (UTC+04:00)

Azərbaycan və Ermənistan preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəliblər

Aznews.az xəbər verir ki, bunu Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT XİN Şurasında çıxışında deyib.

“Sülh müqaviləsinin imzalanması məsələsində müəyyən irəliləyiş var. Mətndə preambula və 17 maddədən 15-i üzrə razılığa gəlinib. İradə nümayəiş olunsa, sənəd Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlaya bilər”, - Mirozyan qeyd edib.