Fransa və Niderland neokolonializmi Bakıda keçirilən beynəlxalq konfransda müzakirə olunur

6 Dekabr 2024 10:49 (UTC+04:00)

Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Sen-Marten adasındakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir.

Konfransın mövzusu "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale"dir.

Konfransda Sen-Marten xalqının nümayəndələri, həmçinin müstəmləkəçiliyə qarşı fəaliyyət göstərən təşkilatların rəhbərləri, Sen-Marten parlamentinin üzvləri, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirlər.

Tədbir zamanı müstəmləkəçilikdən azad olma mübarizəsi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, iki yerə bölünən Sen-Marten adası iki dövlət - Fransa və Niderland tərəfindən müstəmləkələşdirilib. Adadakı müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə öz mənfi təsirini göstərməkdə davam edir.

AzNews.az