Drujba kəməri ilə Çexiyaya neftin tədarükü bərpa edilib

6 Dekabr 2024 16:12 (UTC+04:00)

Drujba kəməri ilə Çexiyaya neftin nəqli bərpa edilib.

Bu barədə "ČTK" agentliyi Orlen Unipetrol neft emalı qrupunun baş direktoru Mariuş Vnuk-a istinadən məlumat yayıb.

“Bu gün səhər neft tədarükü bərpa olundu və neft yenidən Drujba kəməri ilə Çexiyaya axır. Çexiya hökumətinə və Dövlət Material Ehtiyatları İdarəsinə göstərdikləri çevik qabaqlayıcı tədbirlərə və əməkdaşlığa görə təşəkkür edirik”, - deyə agentlik onun sözlərindən sitat gətirir.

Mövsüm

Aznews.az