Suriya üçün Astana formatı: Türkiyə, Rusiya və İran bir araya gəlir

6 Dekabr 2024 16:38 (UTC+04:00)

Suriyadakı münaqişələrə görə Astana formatı bərpa olunur.

Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə, Rusiya və İranın sabah Astana çərçivəsində Suriya üçün bir araya gələcəklərini bildirib.

22-ci Doha Forumunda iştirak etmək üçün Qətərə gedəcək xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Nazirlər Suriyada Bəşər Əsəd qüvvələri ilə müxalif silahlı qruplar arasında davam edən münaqişələri müzakirə edəcəklər.

Mövsüm

Aznews.az