Bavariyanın (Almaniya) Auqsburq şəhərində 37 yaşlı iraqlı qaçqın Əli Əl-Ci Milad bazarında terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə "Welt" telekanalı məlumat yayıb .
“Polis onu terrorçuluqda şübhəli bilinərək həbs edib. Bavariya hakimiyyəti onu qeyri-adi şəkildə deportasiya etmək istəyir”, - materialda deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun telefonunda sübut aşkar ediblər. Məlum olur ki, qaçqının İnstaqram sosial şəbəkəsindəki profilində radikal islamçıların ideologiyanı yaymaq üçün istifadə etdikləri videolar dərc edilib.
Mövsüm
Aznews.az