Türkiyənin keçmiş xarici işlər naziri Sinirlioğlu ATƏT-in yeni baş katibi olub

6 Dekabr 2024 20:45 (UTC+04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri , Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu olub.

Bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq məlumat verib.

“ATƏT-in yeni rəhbərliyini təbrik edirik! Feridun Sinirlioğlu (Türkiyə) baş katibdir”, - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Eyni zamanda, Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna Mariya Telalyan (Yunanıstan), Kristof Kamp (Hollandiya) ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Bratu (Norveç) isə KİV azadlığı üzrə nümayəndə olublar.

Mövsüm

Aznews.az