Dünya futbolunun idarəedici orqanı FİFA Rusiyanın CSKA Moskva futbol klubuna 2026-cı ilin yayına qədər transfer qadağası qoyub.
14 noyabr 2024-cü il tarixindən qüvvəyə minən qadağa növbəti üç transfer pəncərəsi ərzində qüvvədə qalacaq. FİFA məhdudiyyətlərin niyə tətbiq edildiyini açıqlamayıb.
FİFA eyni qadağanı Rusiyanın başqa bir futbol klubu olan "Ximki"yə də tətbiq edib və bu hərəkətin səbəblərini açıqlamayıb.
Mövsüm
Aznews.az