Suriya müxalifətinin formalaşdırdığı Suriya Müvəqqəti Hökuməti tərəfindən idarə olunan Suriya Milli Ordusunun (SMO) qarşısından qaçan təkcə Əsəd rejiminin ordusu deyil,İran ordusu da bu ölkədəngeri çəkilməyə başlayıb.
Üç İran rəsmisi “The New York Times”-a bildiriblər ki, Bəşər Əsəd rejiminin qaçılmaz süqutunun gözlənildiyi bir vaxtda İranın yüksək rütbəli hərbi rəsmiləri və personalının Suriyadan təxliyəsi başlayıb. Bu mənbələrə görə, İslam İnqilabı Keşikçiləri Korpusu və Qüds Qüvvələrinin yüksək səviyyəli komandirləri Suriyanı tərk edərək Livan və İraqa sığınıblar.
Bundan əlavə, İranın Dəməşqdəki səfirliyi və İnqilab Keşikçiləri Korpusunun komandanlığının əmri ilə cümə günündən etibarən hərbçilərin, İranın diplomatik heyətinin və onların ailə üzvlərinin, həmçinin Suriyada yaşayan İran vətəndaşlarının təxliyyəsinə başlanılıb.
Hesabatlar göstərir ki, bu təxliyyələrin bir hissəsi Dəməşq və Tehran arasında kommersiya uçuşları ilə həyata keçirilib. Livan, İraq və Suriyanın Latakiya limanına quru yollarından da qoşunların və ailələrin daşınması üçün istifadə edilib.
“AzPolitika.info”