Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək

7 Dekabr 2024 14:54 (UTC+04:00)

Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək.

Bunu “Report”un sualını cavablandırarkən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

Onun sözlərinə görə, Türkiyə azad olunmuş ərazilərin bərpası məsələsində ilk günlərdən Azərbaycanın yanındadır:

"Kənd təsərrüfatı, səhiyyə və s. sahələrdə layihələr, xüsusilə Xankəndidə yeni birgə layihələr olacaq".