Azərbaycanla Pakistan arasında tranzit ticarəti asanlaşdırılır

8 Dekabr 2024 12:33 (UTC+04:00)

Federal Gəlirlər Şurası (FBR) 2024-cü il sazişi çərçivəsində Azərbaycan-Pakistan tranzit ticarətini asanlaşdırmaq üçün qaydalar layihəsini təqdim edib.

Bu barədə “PEconomist” nəşri məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə maliyyə təminatı olmadan yüklərin Pakistana və Pakistandan daşınmasına icazə veriləcək.

Beləliklə, Karaçi, Port Qasım və Qvadar limanları vasitəsilə regional ticarət təşviq ediləcək.