Dəməşqdə qalan Suriya Nazirlər Kabinetinin üzvləri xarici işlər naziri Bassam Sabbaqın harada olmasından xəbərsizdirlər. AzNews.az xəbər verir ki, bu barədə Suriyanın rabitə naziri İyad əl-Xətib Əl-Ərəbiyyə telekanalına müsahibəsində bildirib.
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali daha əvvəl demişdi ki, o və bir neçə nazir Suriyada qalır. Onlar ölkə prezidentinin və müdafiə nazirinin harada olduğunu bilmirlər.
"Biz xarici işlər nazirinin hazırda harada olduğunu bilmirik, onunla əlaqəmiz yoxdur", - Əl-Xatib deyib.
AzNews.az