Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq yarışa təyinat alıb

9 Dekabr 2024 09:27 (UTC+04:00)

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.

AVF-dən verilən məlumata görə, o, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY İstanbul" (Türkiyə) və “Mbh-Bekeşçaba" (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

AzNews.az