İndoneziyanın Dəməşqdəki səfirliyi atəşə tutulub

9 Dekabr 2024 11:04 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşqdə İndoneziya səfirliyi atəşə tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin Vətəndaşların müdafiəsi məsələləri üzrə Departamentinin direktoru Cudha Nuqraha deyib.

“Hadisə zamanı heç bir İndoneziya vətəndaşı xəsarət almayıb”, - "Jakarta Globe" məmura istinadən bildirib.

Onun sözlərinə görə, atəş təsadüfən açılıb. Hazırda Suriyada mindən çox indoneziyalı yaşayır, onlardan 19-u sığınacaq almaq üçün səfirliyə müraciət edib.

Səfirlik Suriyada qarşıdurmanın artması fonunda ən yüksək həyəcan səviyyəsi elan edib. İndoneziyalılara ərəb ölkəsinə səfərlərdən çəkinmək tövsiyə olunur.