Qazax Mərkəzi Rayon Xəstəxanasının direktoru işdən çıxarılıb.
Aznews.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki, Qazax Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova yaş həddi səbəbdən tutduğu vəzifədən azad edilib.
O, 2019-cu ildən həmin vəzifədə çalışıb. Hələ ki, həmin vəzifəyə yeni təyinat yoxdur.