Gürcüstanın DTX mitinqlərdə xarici kəşfiyyat xidmətlərinin iştirakını qeyd edib

10 Dekabr 2024 17:08 (UTC+04:00)

Tbilisidə hökumət əleyhinə mitinqlər xarici kəşfiyyat xidmətləri ilə razılaşdırılaraq keçirilir.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

“Bu proseslərin (etirazlar. - Red.) həyata keçirilməsi xarici ölkələrin kəşfiyyat xidmətlərinin koordinasiyası ilə yerli qurumlar tərəfindən təmin edilir”, - məlumatda deyilir.

Departamentin məlumatına görə, plan “rəngli inqilablar” üçün xarakterik olan, müxtəlif ritualları və dağıntıları özündə əks etdirən və sonradan eskalasiya məqsədilə dinc əhalinin öldürülməsi ilə nəticələnən ssenarilər üzrə hazırlanır.

Mövsüm

Aznews.az