İtaliyada neft emalı zavodunda baş verən partlayışda ölənlərin sayı 5-ə yüksəlib

10 Dekabr 2024 17:16 (UTC+04:00)

İtaliyanın Florensiya yaxınlığındakı ENI enerji şirkətinə məxsus neft emalı zavodunda dünən baş verən partlayışda itən daha 3 nəfərin cansız cəsədinin tapılması ilə ölənlərin sayının 5-ə yüksəldiyi bildirilib.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Florensiya yaxınlığındakı Kalenzano qəsəbəsindəki ENI neft emalı zavodunda dünən səhər saatlarında baş verən şiddətli partlayışda həyatını itirənlərin sayı artıb.

Partlayışdan sonra davam edən axtarış-xilasetmə işləri zamanı itkin düşən 3 nəfərin cəsədi tapılıb. Belə ki, dünən açıqlanan 2 ölümlə hadisədə həyatını itirənlərin sayı 5-ə yüksəlib. Partlayışda yaralananların sayının 26 olduğu açıqlanıb.

Bu arada Prato Respublika Prokurorluğu da hadisə ilə bağlı başlatdığı istintaq çərçivəsində partlayışın necə baş verdiyini müəyyən etmək üçün neft emalı zavodunda araşdırmalar aparıb.