Qətər Xarici İşlər Nazirliyi Suriyadakı səfirliyini yenidən açmaq planlarını açıqlayıb

11 Dekabr 2024 14:43 (UTC+04:00)

Qətər yaxın vaxtlarda Suriyadakı səfirliyini yenidən açmağı planlaşdırır.

Bu barədə Qətər Xarici İşlər Nazirliyinə istinadən "Jerusalem Post" qəzeti məlumat yayıb.

"Lazımi tədbirlər başa çatdıqdan sonra Qətər Suriyadakı səfirliyini yenidən açacaq", - materialda deyilir.

Qeyd edək ki, Qətərin Suriyadakı səfirliyi 2011-ci ildən bağlıdır.

Mövsüm

Aznews.az