Tayvan Çindən ada ətrafında hərbi fəaliyyətə son qoymasına çağırır

11 Dekabr 2024 17:45 (UTC+04:00)

Tayvan, suverenlik mübahisəsi olduğu Çini adanın ətrafında və yaxınlıqdakı sularda çoxsaylı hərbi təyyarə və gəmilər də daxil olmaqla, hərbi fəaliyyətinə son qoymağa çağırıb.

Tayvan Xarici İşlər Nazirliyinin sosial media platforması X hesabında edilən açıqlamada, “Çin Xalq Azadlıq Ordusunun birinci ada zəncirində yerləşdirilməsi Tayvan boğazında sülhü təhdid edir, regional gərginliyi artırır və beynəlxalq gediş-gəlişi pozur”,- deyə qeyd edilib.

Çini idarə edən Çin Kommunist Partiyasına (ÇKP) hərbi təhdidinə son verməsi mesajını verən açıqlamada, "Tayvan bütün demokratik ölkələri Çinin regional sabitliyə qarşı təhlükəli hərəkətlərinə qarşı çıxmağa çağırır" - deyə vurğulanıb.

Nazirliyin açıqlamasında ABŞ-nin geostrateji və hərbi qiymətləndirmələrində yer alan və Yaponiya, Tayvan və Filippinin Sakit Okeandakı Asiya qitəsindən kənar hissələrini əhatə edən “ilk ada zənciri” ifadəsinin qeyd olunması diqqət çəkib.

Tayvanın Müdafiə Nazirliyi də X hesabında açıqlama verdi:

Çinin Şərqi Çin dənizi, Tayvan boğazı və Cənubi Çin dənizində hərbi dəniz fəaliyyətinin hazırda təhlükəsizlik riski və regional qeyri-sabitlik yaratdığı, Çinin təlim elanlarından asılı olmayaraq Tayvan Silahlı Qüvvələrinin vəziyyəti izləyəcəyi və lazımi reaksiyanı verəcəyi bildirilib.

Mövsüm

Aznews.az