“Əbülfəz Elçibəylə ikilikdə söhbətimiz oldu. O dedi ki, 1993-cü ildə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, rus qoşunlarının Azərbaycana qayıtmasının qarşısını aldı. Rusiya 1920-cü ildəki kimi yenidən rus qoşunlarını Azərbaycana qaytarmaq niyyətində idi. Heydər Əliyev həm də Elçibəyin komanda üzvülərinin boğazını rusların ipindən quratardı”.
BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bu gün özünün facebook profilində mərhum Heydər Əliyevin anım günün qeyd edib. Niyaməddin Orduxanlı 1998-ci ildə mərhum prezident Əbülfəz Elçibəylə Heydər Əliyev haqqında ikilikdə olan söhbətini yayıb:
"1998-cü ildə Əbülfəz Elçibəylə öz evində ikilik də söhbətimiz oldu. Onun mənə dediklərini - mərhum Heydər Əliyevin Azərbaycanı rus qoşunlarının işğalından necə qurtardığını - bu günə qədər də xatırlayıram: Əbülfəz bəy deyirdi ki, 1993-cü ildə Rusiya Azərbaycanı 1920-ci ildə olduğu kimi yenidən işğal etmək istəyirdi. Azərbaycanın müstəqilliyinə növbəti dəfə son qoymaq və Azərbaycana yenidən rus qoşunlarını qaytarılmasını təmin etmək niyyətində idi. Hətta o zamankı parlament üzvlərinin böyük əksəriyyəti də rus qoşunlarının Azərbaycana qayıtması çağrışına da imza atmışdı. O dövrdə Rusiyanın planın da Rusiyaya satılmış və Azərbaycan xalqına xəyanət etmiş Sürət Hüseynov, Rəhim Qazıyev və Ayaz Mütəllibovun hakimiyyətə gətirmək planı var idi. Faktiki Rusiyanın planın da Azərbaycanı bir necə hissəyə bölmək var idi. Bütün planlar buna doğru gedirdi. Prezident Aparatının dağıdılmasından tutmuş , prezident Əbülfəz Elçibəyin qətlinə qədər. Elçibəyin komanda üzvülərinin böyük əksəriyyəti də qətlə yetiriləcək idi. Söhbət spiker İsa Qəmbərdən, baş nazir Pənah Hüseyndən, dövlət katibi Əli Kərimlidən və bir necə nazirdən gedirdi. Bütün bunların qarşısını isə, yalnız Heydər Əliyev ala bilərdi və aldı da! Bəli ,1993-cü ildə Azərbaycanı rus qoşunlarının işğalından və 4 hissəyə parçalanmağından XİLAS edən, böyük şəxsiyyət, zəngin dövlət təcrübəsi olan, rus qoşunlarının Azərbaycanı işğalından QURTARAN dahi İNSAN Heydər Əliyev idi! O tək Azərbaycanı XİLAS etmədi, yüzlərlə, minlərlə soydaşımızı rusların ölümündən qurtardı. Ruslar o adamların hamısını Azadlıq meydanında asacaq idi. Bütün bunlar tarixdir! Mərhum Heydər Əliyevin Azərbaycanın müstəqliyini qoruması və bu günə qədər də yaşatması tarixə QIZIL həriflərlə yazılıb! Bu gün onun dünyasını dəyişməsindən 15 il ötür... Onu böyük hörmət və sayğı ilə anırıq! Ruhun şad olsun, XİLASKAR İNSAN!!!