Yaponiya və Monqolustan iki ölkənin hakimiyyət orqanları arasında müdafiə texnikası və texnologiyalarının ötürülməsinə dair saziş imzalayıb.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiya hökuməti ilə Monqolustan hökuməti arasında müdafiə texnikası və texnologiyasının ötürülməsinə dair saziş imzalanıb. Saziş iki ölkənin hökumətləri arasında lazımi prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək”, - deyə departamentin saytında bildirilir.
Qeyd olunur ki, sənəd iki ölkə hökumətləri üçün müdafiə texnikası və texnologiyaları ilə bağlı hüquqi baza müəyyən edir. Onlar “sülh və sabitliyə töhfə verəcəklər də daxil olmaqla” birgə layihələrin həyata keçirilməsi üçün tərəflər arasında ötürüləcək.
Mövsüm
Aznews.az