Fələstinin Həmas hərəkatı ilk dəfə olaraq döyüşlər dayandırıldıqdan sonra İsrailin Qəzza zolağında müvəqqəti qalmasına imkan verən razılaşmanı qəbul edib.
Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti vasitəçilərə istinadən məlumat yayıb.
11 dekabr xəbərində deyilir: “Həmas həmçinin atəşkəs razılaşmasına əsasən azad edəcəyi ABŞ vətəndaşları da daxil olmaqla girovların siyahısını verdi ”.
Həmçinin bildirək ki, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bu həftə İsrail, Misir və Qətərə səfər edəcək.
Mövsüm
Aznews.az