Şolz Putinə yenidən zəng etməyi planlaşdırır

12 Dekabr 2024 15:11 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə növbəti dəfə telefon danışığı aparmağı planlaşdırır.

Bu barədə "Die Zeit" qəzeti məlumat yayıb.

Media siyasətçinin sözlərindən sitat gətirir: "Bunu etmək lazımdır və mən bunu yenə edəcəm, lakin bununla bağlı heç bir illüziyaya ehtiyac yoxdur".

Nəşr qeyd edir ki, Şolzun noyabrda Rusiya liderinə əvvəlki zəngi bəzi Avropa ölkələrində “qəzəb” yaradıb.

Mövsüm

Aznews.az