Energetika üzrə yeni Avropa komissarı Den Yorgensen gələcəkdə yanacaq sektorunda Rusiya ilə əlaqələri kəsəcəyinə söz verib.
Bu barədə “Politico” qəzeti məlumat yayıb.
“Dan Jorgensen özünün “əsas prioritetini” Avropa İttifaqı ilə Rusiya arasında bütün enerji əlaqələrini daimi olaraq kəsəcək planın hazırlanmasını hesab edir”, - materialda deyilir.
Bildirilib ki, o, vəzifəyə gəldikdən sonra ilk müsahibəsində Avropa İttifaqı (Aİ) sisteminin Rusiya qazından imtina ilə bağlı “çoxillik kampaniyada uğursuzluğa düçar olduğu” barədə xəbərdarlıq edib. Sonra Avropa komissarı vurğuladı ki, ittifaqın “hər şeyi normal vəziyyətə gətirmək” planına ehtiyacı var. Beləliklə, onun fikrincə, Avropa İttifaqı ölkələrinin Rusiya qazının tədarükündən asılılığını azaltmaq üçün bərpa olunan enerji mənbələrindən daha fəal istifadə etmək lazımdır.
Mövsüm
Aznews.az