Belarusun baş naziri Roman Qolovçenko Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin regionlarının birinci forumunun keçirilməsi təklifi ilə çıxış edib.
“Mən MDB məkanında regionlararası iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmək istərdim. İnanırıq ki, MDB ölkələrinin regionlarının birinci forumunun keçirilməsi buna şərait yaradacaq”, - deyə o, Moskvada Birlik ölkələrinin Hökumət Başçıları Şurasının iclasında bildirib.
İclasa sədrlik edən Rusiyanın baş naziri Mixail Mişustin təklifi dəstəkləyib.
Mövsüm
Aznews.az