Fransada aerokosmik sektorda ixtisarlara görə tətil ola bilər

12 Dekabr 2024 15:25 (UTC+04:00)

Fransada aerokosmik sektorda ixtisarlar səbəbindən növbəti tətil olacaq. Ümumi Əmək Həmkarlar İttifaqı Konfederasiyası bu gün yeni aksiya keçirməyə çağırıb.

İstehsalın bir neçə saat dayanacağı gözlənilir.

Aznews.az xəbər verir ki , bundan əvvəl Airbus Fransada 540 nəfəri işsiz qoyaraq 2 mindən çox əməkdaşını ixtisar edəcəyini açıqlamışdı.

Aerokosmik istehsalçı "Thales Alenia Space" də 1000 fransız işçisini ixtisar etmək niyyətindədir. İxtisarların 2026-cı ilin ortalarına qədər olacağı gözlənilir.

Mövsüm

Aznews.az