Serbiyada məktəbdə 9 nəfəri öldürən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

12 Dekabr 2024 16:45 (UTC+04:00)

2023-cü ildə Belqradda məktəbdə 9 nəfərin qətlini törədən Uros Blaziç 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Serbiyanın "Vecernje Novosti" qəzeti məlumat yayıb.

Hökm Belqraddakı Ali Məhkəmənin xüsusi şöbəsində oxunub.

Nəşrin məlumatına görə, Blaziç ağır qətlə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Serbiyada maksimum cəza - ömürlük həbsdir. Qatil azyaşlı olduğu üçün bu cəza tətbiq edilməyib.

Mövsüm

Aznews.az