Bayden 1,5 min vətəndaşın cəzasını yüngülləşdirib və 39 məhbusu əfv edib

12 Dekabr 2024 16:48 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden 1500 vətəndaşın cəzasını yüngülləşdirib və 39 məhbusu əfv edib.

Bu barədə Ağ Evin saytında dərc olunan bəyanatda deyilir.

“Ev dustaqlığında olan 1500-ə yaxın şəxsin cəzası yüngülləşdiriləcək, zorakılığa əsaslanmayan cinayətlərdə təqsirli bilinən 39 nəfər isə əfv ediləcək”, - deyə məlumatda bildirilir.

Mövsüm

Aznews.az