Suriyada hüquqi vakuum: Konstitusiya qüvvədən düşdü

12 Dekabr 2024 19:28 (UTC+04:00)

Suriyada konstitusiyanın qüvvəsi və parlamentin fəaliyyəti üç ay müddətinə dayandırılıb.

APA-nın “Agence France-Presse”yə istinadən məlumatına görə, bu barədə ölkənin yeni hökuməti bəyanat yayıb.

Bildirilib ki, həmin müddət keçid dövrü olaraq müəyyən edilib.