KİV: Tramp Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib

12 Dekabr 2024 23:59 (UTC+04:00)

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, sözügedən təklif Ukraynada atəşkəsə nəzarət etmək üçündür.

Qeyd edək ki, D.Tramp daha əvvəl ABŞ-nin Ukraynaya dəstəyinin davam etdiriləcəyini bildirib.