Almaniyada Amerikanın Ramstein aviabazasının, kimya şirkəti BASF və Almaniyanın Rheinmetall konserninin üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) görüntülənib.
Bu barədə "Spiegel" məlumat yayıb.
"Dronlar ABŞ hərbi bazası, Rheinmetall müdafiə konserni və BASF kimya şirkəti üzərində bir neçə dəfə müşahidə edilib ", - hesabatda deyilir.
Alman təhlükəsizlik orqanlarının hesabatına görə, PUA-lar dekabrın 3-ü və 4-ü axşam saatlarında müşahidə edilib. Dronların obyektin fəaliyyətinə heç bir mənfi təsir göstərmədiyi bildirilib.
Mövsüm
Aznews.az