Qroznıda OMON bazasına PUA hücumu olub

15 Dekabr 2024 12:55 (UTC+04:00)

Rusiyanın Qroznı şəhərindəki OMON (polisin xüsusi məqsədli mobil bölməsi) bazasına təyyarə tipli dronlarla hücum olub.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə UNIAN bildirib.

Həmçinin hücumun videosu yayılıb. Qeyd olunub ki, OMON-un bazası və ikinci alay hədəf alınıb.

Hücum və onun nəticələri barədə hələ ki rəsmi məlumat yoxdur.