ABŞ Suriyadakı vətəndaşlarına ölkəni tərk etməyə çağırıb

16 Dekabr 2024 16:15 (UTC+04:00)

Suriyada 61 il davam edən Baas rejimi ötən həftə müxalif qruplar tərəfindən devrildi.

Bu dəyişiklik Suriya xalqı tərəfindən coşğu ilə qarşılanıb.

Ölkəni vətəndaş müharibəsinə sürükləyən Bəşər Əsəd ölkədən qaçıb.

Suriyadakı proseslər bütün dünya tərəfindən diqqətlə izlənərkən, İsrailin hücumları davam edir.

İsrail bu yaxınlarda gecə saatlarında Latakiya və Tartus əyalətlərində bir çox hərbi məntəqəyə hava zərbələri endirib.

Hərbi qərargah və sursat anbarlarına hücum edən İsrailin bombardmanları davam edərkən, ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərdarlıq edib.

ABŞ Dövlət Departamenti Suriyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Mövsüm

Aznews.az