Sərnişin avtobusu xəndəyə aşıb: 1 nəfər ölüb, 18 nəfər yaralanıb

16 Dekabr 2024 16:39 (UTC+04:00)

Türkiyədə sərnişin avtobusu İsparta-Eğirdir magistralında Miskinler yaxınlığında xəndəyə aşıb.

Xəbər üzərinə qəza yerinə 112 Təcili Sağlamlıq, polis və jandarma qrupları sövq edildi.

Qəza nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara aparılıb.

Bölgəyə gedərək məlumat alan İsparta valisi Abdullah Erin jurnalistlərə açıqlamasında qəzada 1 nəfərin öldüyünü bildirib.

Yaralıların dərhal xəstəxanalara göndərildiyini bildirən Erin, "Xəstəxanaya göndərilən yaralılar arasında həyati təhlükəsi yoxdur. Bir vətəndaşımız daxili qanaxma şübhəsi ilə xəstəxanaya göndərilib. Digərlərinin vəziyyəti yaxşıdır",- deyə qeyd edib.

Mövsüm

Aznews.az