Suriyanın keçmiş prezidenti Bəşər Əsəd istefa vermək niyyətində olmadığını, lakin “ordunun mövqeləri aşağı düşəndə” ölkəni tərk etdiyini açıqlayıb.
Bu barədə Suriya Ərəb Respublikasının eks-prezidentinin rəsmi Teleqram-kanalında dərc edilmiş bəyanatda deyilir.
“Onların öyrətməyə çalışdıqları kimi mən vətənimi planlı şəkildə tərk etməmişəm, döyüşlərin son saatlarında da tərk etməmişəm. Dekabrın 8-i səhərə qədər vəzifəmi yerinə yetirərək Dəməşqdə qaldım. Həmin hadisələr zamanı nə mən, nə də başqa heç kim sığınacaq və ya istefa məsələsini qaldırmamışıq”, - deyə məlumatda bildirilir.
Əsəd qeyd edib ki, o, Latakiya əyalətinə müxalifət qüvvələri Dəməşqə girərkən keçib.
Mövsüm
Aznews.az