Çorumda 18 lisey şagirdi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Tələbələrin müalicələrinə başlanarkən sağlamlıqlarının yaxşı olduğu açıqlanıb.
Türkiyə Bahçelievler Qız Peşə və Texniki Anadolu Liseyində Yerli Məhsullar Həftəsi fəaliyyətləri çərçivəsində evdən gətirdikləri yeməkləri yeyən 18 şagird bir müddət sonra xəstələnib.
Xəbər verildikdən sonra məktəbə həkim briqadaları göndərilib.
Ürəkbulanma və qusma şikayəti ilə tələbələr sağlamlıq qruplarının müdaxiləsindən sonra Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına və şəhərdəki xüsusi xəstəxanalara aparılıb.
Şagirdlərin vəziyyətlərinin yaxşı olduğu qeyd edilib.
Mövsüm
Aznews.az