Avropa İttifaqı (Aİ) tərəfindən Tbilisiyə qarşı mümkün sanksiyaların tətbiqi Bratislava üçün qırmızı xətt olardı.
Bu barədə Slovakiyanın Baş naziri Robert Fiko Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığından sonra məlumat verib.
“Biz Gürcüstandakı mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə çağırırıq. Sanksiya tətbiq etməklə Gürcüstanın daxili işlərinə qarışma ehtimalının hər hansı nəzərdən keçirilməsi bizim üçün qırmızı xəttdir”, - deyə Fiko qeyd edib.
Mövsüm
Aznews.az