Livanın baş naziri ölkəsinin Dəməşqdəki səfirliyinin yenidən açılmasına göstəriş verib.

16 Dekabr 2024 21:33 (UTC+04:00)

Livanın baş naziri Nəcib Mikati ölkəsinin Dəməşqdəki səfirliyinin yenidən açılmasına göstəriş verib.

Mikatinin ofisindən verilən açıqlamada baş nazir Mikati ilə Livanın xarici işlər naziri Abdullah Buhabib arasında görüş keçirildiyi bildirilib.

Görüş zamanı Suriyadakı vəziyyət, eləcə də İsrailin hücumlarının dayandırılması üçün diplomatik səylər müzakirə edilib.

Bildirilib ki, bu görüş zamanı Livanın baş naziri Mikati “son hadisələrdən sonra bağlanan Livanın Dəməşq səfirliyinin yenidən açılması barədə göstəriş verib”.

Mövsüm

Aznews.az