Vanuatuda baş verən zəlzələ Fransa və ABŞ səfirliklərinə ziyan vurub

17 Dekabr 2024 14:57 (UTC+04:00)

Vanuatu sahillərində baş verən zəlzələ Fransa və ABŞ səfirliklərinin yerləşdiyi binaya ziyan vurub.

Bu barədə Fransanın Vanuatu və Solomon Adalarındakı səfiri Jan-Batist Jangen Vilmer məlumat verib.

“Vanuatuda baş verən çox güclü zəlzələ səfirliyi dağıdıb (bina iki hissəyə bölünüb və Amerika səfirliyinin birinci mərtəbəsi tamamilə dağılıb)”, o, X (keçmiş Twitter) səhifəsində yazıb.

Diplomat bildirib ki, heç bir şəxsi heyət xəsarət almayıb, lakin paytaxt Port Vilada su və işıq yoxdur, elektrik enerjisi kəsilib və nəqliyyatın hərəkəti dayandırılıb.

Mövsüm

Aznews.az