İspaniyanın "Sevilya" klubu "Qarabağ"da çıxış edən Olavio Juninyo ilə maraqlanır.
"Aznews.az" AS nəşrinə istinadən xəbər verir ki, bu barədə "Zona Mixta" məlumat yayıb.
Komandanın baş məşqçisi Qarsiya Pimenta braziliyalı forvardın transferini istəyib.
Ağdam təmsilçisinin bu keçid üçün İspaniya klubundan təxminən 5 milyon avro tələb edəcəyi vurğulanıb.
Qeyd edək ki, Olavio Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.