Polşanın baş naziri Donald Tusk Lvovda Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Polşa Ukraynaya eyni həcmdə hərbi yardım göstərə bilməz.
“Bizim indi [Ukraynaya] kömək etmək üçün sonradan bizə qoşulanlardan daha az imkanlarımız var. Biz yeni yardım paketləri ayırmaq qərarına gələndə hər zaman xatırlamağa məcbur oluruq ki, biz Belarusla çox uzun sərhədi və Rusiya ilə kifayət qədər uzun sərhədi qorumalıyıq”, -deyə Tusk bildirib.
Tusk yanvarda Varşavanın Kiyevə 46-cı hərbi yardım paketini ayıracağını da bildirib və 100 milyon avroya 45-ci tranşın transferinin başa çatdığını açıqlayıb.
Mövsüm
Aznews.az